Pastorla səhv saldılar
Çilidə Osman həyat yoldaşı və qızı ilə qəbirsanlıqdan kənarda ədəbiyyat arabası ilə şahidlik edirdi. Birdən cənazə daşıyan böyük izdiham gəldi, onlar hündürdən musiqi çalırdılar. Adamlardan bəziləri Osmanı öz kilsələrinin, yevangelist kilsəsinin pastoru ilə səhv saldı. Yaxınlaşıb onu qucaqladılar və dedilər: «Pastor, çox sağ ol ki, vaxtında gəlmisən, biz səni gözləyirdik».
Osman bunun anlaşılmazlıq olduğunu başa salmağa çalışsa da, səs-küylü izdiham onu başa düşmürdü. Adamlar qəbiristanlığa girəndən bir neçə dəqiqə sonra bir neçə adam geri dönüb Osmana dedi: «Pastor, qəbiristanlıqda səni gözləyirik».
Səs-küy yatandan sonra Osman kim olduğunu, orada nə etdiyini onlara başa sala bildi. Pastorun gəlmədiyinə görə əsəbiləşən adamlar Osmana dedi: «Bəs sən gəlib Müqəddəs Kitabdan bir neçə kəlmə deyə bilərsən?» Osman razılaşdı.
Dəfn yerinə gedərkən Osman mərhum barədə bir neçə sual verdi və oxumağa bir neçə ayə fikirləşdi. Ora gəlib çatanda özünü camaata təqdim etdi, Yehovanın Şahidi olduğunu, insanlara müjdə təbliğ etdiyini bildirdi.
Sonra Vəhy 21:3, 4 və Yəhya 5:28, 29 ayələri əsasında izah etdi ki, insanların ölməyi Allahın niyyətində olmayıb. Tezliklə Allah ölüləri dirildəcək. Onların yer üzündə əbədi yaşamaq imkanı olacaq. Osman sözünü qurtarandan sonra çoxları onu qucaqlayıb, «Yehovanın müjdəsini» çatdırdığına görə təşəkkür etdi. Sonra Osman ədəbiyyat arabasının yanına qayıtdı.
Dəfndən sonra adamlardan bəziləri arabanın yanına gəlib, Osmana və ailə üzvlərinə Müqəddəs Kitab barədə suallar verdi. Onlar xeyli söhbət etdilər, çıxıb gedəndə isə, demək olar ki, arabada olan bütün nəşrləri apardılar.