Britaniya. Fotoqalereya 8 (mart — avqust 2019)
Bu fotoqalereyadan 2019-cu ilin mart — avqust aylarında Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialının tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.
5 mart 2019-cu il. Ofis binası
Qazanxanada isti su boruları izolyasiya edilir.
29 mart 2019-cu il. Cənub istehsalat binası
Geyinib-soyunma otağındakı duşxanalarda kafel-metlax işləri görülür.
10 aprel 2019-cu il. Ofis binası
İldırımötürücüsünün bir hissəsi olan ildırımqəbuledicilər quraşdırılır. Bu, binanın ildırımdan mühafizəsi sisteminin bir hissəsidir. İşçinin təhlükəsizliyini təmin etmək üçün onun təhlükəsizlik kəməri dama bərkidilib.
16 aprel 2019-cu il. Ofis binası
İşçilər şüşə arakəsmələri üzərinə xüsusi plyonka yapışdırmazdan əvvəl təmizləyirlər. Bu plyonkalar şüşəni daha aydın görməyə kömək edir ki, insanlar bilmədən şüşəyə dəyməsinlər.
23 aprel 2019-cu il. A yaşayış binası
İşçi drenaj sisteminin istismara hazır olduğunu yoxlamaq üçün kamera ilə ora baxış keçirir.
23 aprel 2019-cu il. Ofis binası
Dülgərlər yeməkxana və auditoriya kimi istifadə ediləcək çoxfunksiyalı məkanın divarına taxta üz çəkir. Bu məkanda başqa tədbirlər də keçiriləcək.
14 may 2019-cu il. B yaşayış binası
Landşaft dizaynerləri dayaq divarı boyunca həmin əraziyə xas olan kollar əkirlər.
14 may 2019-cu il. A yaşayış binası
Fasad işçiləri fransız balkonunun şüşə çəpərini quraşdırırlar. Bu çəpərlər işıq və havanın qarşısını almadan sakinləri qoruyur.
21 may 2019-cu il. Ofis binası
Elektriklər qəbul mərkəzinin yanındakı tavana işıq quraşdırırlar.
11 iyun 2019-cu il. Şimal istehsalat binası
İşçi havalandırma kanalının artıq hissəsini metalkəsən qayçı ilə kəsir.
17 iyun 2019-cu il. Ofis binası
Bağbanlar və tikinti sahəsinin işçiləri ağaclar əkir və cığırlar hazırlayır. Solda yeməkxana, auditoriya və müxtəlif tədbirlər üçün istifadə ediləcək çoxfunksiyalı bina yerləşir. Arxa planda A yaşayış binası görünür.
24 iyun 2019-cu il. A yaşayış binası
Mühəndis çiləyici yanğınsöndürmə sisteminin elementlərini quraşdırır.
9 iyul 2019-cu il. Ofis binası
Bağbanlar qazon əkmək üçün torpağı hazır vəziyyətə gətirir. Arxa fonda ofis binasının pəncərələri yuyulur. Su yuxarıya şlanq vasitəsilə ötürülür.
9 iyul 2019-cu il. Şimal istehsalat binası
İşçilər tökmə döşəmə tökür. Onlar rakellə döşəmənin səthini hamarlaşdırır, sonra da tikanlı valla hava qabarcıqlarını götürürlər.
24 iyul 2019-cu il. Ofis binası
İşçilər yeməkxana, auditoriya və müxtəlif tədbirlər üçün istifadə ediləcək çoxfunksiyalı məkanda vinil döşəmə vururlar. Səhnənin olacağı yerin arxa divarındakı akustik panellərə televizor ekranları quraşdırılıb.
26 iyul 2019-cu il. Şimal istehsalat binası
Videostudiyanın yanında yerləşən qrim otağında dülgər güzgünün çərçivəsini vurur.
1 avqust 2019-cu il. Şimal istehsalat binası
Dülgərlər çıxarılıb-taxılan ofis arakəsmələri üçün profilləri bərkidirlər. Bu arakəsmələr ofislərin sahəsini asanlıqla dəyişmək imkanı verir.
1 avqust 2019-cu il. Şimal istehsalat binası
Podratçı videostudiyada asmazdan əvvəl dəmir tirlərin müxtəlif hissələrini birləşdirir. Bu tirlərə işıqlandırma avadanlıqları və kameralar bərkidiləcək.
15 avqust 2019-cu il. Filialın tikinti sahəsi
Şimal tərəfdən yuxarıdan açılan görüntü. Solda: artıq hazır olan B, C, D, E, F yaşayış binaları. Mərkəzdə: tamamlanmaq üzrə olan A yaşayış binası və ofis binası. Sağda: tamamlanmaq üzrə olan cənub və şimal istehsalat binaları. Bütün sahədə yaşıllaşdırma işləri hələ də davam edir.
26 avqust 2019-cu il. Ofis binası
İşçilər qəbul mərkəzinin arxasındakı terrasa daş plitələr vururlar. Arxa planda: təzəcə vurulmuş plitələri təmizləyən işçilərin günəşdən qorunması üçün tentlər quraşdırılıb.